Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

18:28 - 4 İyun 2019 - Xəbər

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban ƏliyevaRamazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Sosial şəbəkədəki paylaşımda qeyd olunub:

"Əziz həmvətənlər,
Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin"./report

 

Xəbər xətti