Şamaxı Rəsədxanası: Azərbaycanda Ay bu gün axşam saatlarında gözlə görünəcək

12:21 - 4 İyun 2019 - Xəbər

Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə Ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Rəsədxananın mətbuat xidmətindən  verilən məlumata görə, yeni Ay 03 iyun 2019 cu il tarixdə 14-03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

Təzələnmiş Ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş Ayın gözlə görmək mümkündür.

Odur ki, Azərbaycanda Ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək./trend

Xəbər xətti