Ramazan ayının 30-cu gününün duası

00:02 - 4 İyun 2019 - Xəbər

Ramazan ayının 30-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 4-də imsak saat 03:22-də, iftar isə saat 20:23-dədir. Ramazan ayının 30-cu gününün duası: "İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun". Allah orucunuzu qəbul etsin!

Xəbər xətti