Həftənin ilk iş gününün havası Açıqlanıb

11:47 - 2 İyun 2019 - Xəbər

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, iyunun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bululdlu, yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.

Xəbər xətti