Əfqanıstanda partlayış baş verib: 8 polis əməkdaşı həlak olub

11:23 - 2 İyun 2019 - DÜNYA

Əfqanıstanın Qazni əyalətində avtomobil partladılıb.

Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 9-u isə yaralanıb. Bildirilir ki, avtomobili terrorçu-intiharçı idarə edib.

O, avtomobili polis əməkdaşları olan əraziyə sürərək partlayıcı qurğunu işə salıb.

Xəbər xətti