Tərtərdə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə rayon ərazisində yeni salınan məcburi köçkün qəsəbəsində məskunlaşan 33 nəfər iştirak edib. Tədbirdə çıxış edən xidmət rəhbəri Xalid Kazımov həyata keçirdikləri fəaliyyətlə bağlı iştirakçılara məlumat verib.
Xidmət rəhbəri qeyd edib ki, xidmət çərçivəsində bu ilin aprelindən əhalinin aztəminatlı hissəsinə hüquqi yardım göstərilir: “Region sakinlərinin hüquqi yardıma əlçatanlığını təmin etmək üçün regionlara səfər edərək əhali ilə birbaşa görüşlər keçiririk. Bundan başqa “qaynar xətt” xidməti (0702902299) yaradılıb. Həmçinin, “Facebook”, “İnstagram” və “WhatsApp” vasitəsilə vətəndaşların müraciətlərin qəbul edərək hüquqi məsləhətlər veririk. Bakı şəhəri və Bərdə rayonunda təşkil edilən ofislərdə də ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərilir. Müraciət edənlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilir. Həmçinin, məhkəmələrə iddia ərizələrinin hazırlanması ilə bağlı hüquqi yardım göstərilir. Ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsində vətəndaşlara köməklik göstərilir. Hüquqşunas Ağdam, Tərtər, Goranboy və Yevlax rayon sakinlərinə, bu rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərə hüquqi yardım göstərmək ayda bir dəfə həmin ərazilərə səyyar səfərlər edir. Xidmət çərçivəsində indiyədək 56 nəfərə birbaşa hüquqi yardım göstərilib, 14 nəfərin məhkəmədə müdafiəsi təşkil edilib. Həmçinin, yaradılan “qaynar xətt”, “Facebook”, “İnstagram” və “WhatsApp” vasitəsi ilə 26 nəfərə hüquqi məsləhətlər verilib. Bu istiqamətdə fəaliyyətimizi qarşıdakı aylarda da davam etdirəcəyik”.
Daha sonra məruzə ilə çıxış edən hüquqşünaş Yaşar Ağazadə bildirib ki, həm Azərbaycan Konstitusiyası, həm də digər qanunvericilik aktları Azərbaycan vətəndaşları üçün bır sıra sosial müdafiə mexanizmləri nəzərdə tutur: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı islahatlar aparılır. 2019-cu yanvarından pensiyalar şəxsin müraciəti olmadan pensiya hüququ yaranan gün elektron qaydada təyin edilir. Pensiya təyin olunan şəxsə məbləğ, bank kartını əldə edəcəyi bank, vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Bundan başqa Ünvanlı Dövlət Sosial Yardımın alınması üçün müraciətlərin qəbulu və yardımın təyin edilməsi prossesi tam avtomatlaşdırılıb. Müharibə veteranları və şəhid ailələrinin həm mənzil, həm də avtomobil növbələri ilə bağlı siyahılar hər kəs üçün açıqdır. Bununla vətəndaşlar öz hüquqularının təminatını gücləndirmək üçün həm də ictimai nəzarət apara bilər”.
Daha sonra məruzəçi qanunvericiliyin vətəndaşlara verdiyi hüquqlarla bağlı ətraflə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Tədbir zamanı iştirakçılara, həmçinin ərazidə məskunlaşan məcburi köçkünlərə qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu “Hüquq hamı üçün” adlı buklet paylanılıb.
Qeyd edək ki, bu press-relizdə əks olunan fəaliyyət Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində həyata keçirilir.