Bakıda məktəb həyətində şagirdi ilan vurub?

20:01 - 1 İyun 2019 - Xəbər

Bakıda məktəbin həyətində şagirdi ilan vurması ilə bağlı məlumat yayılıb.

Hadisə dünən Xətai rayonu 191 saylı məktəbin həyətində baş verib. Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, şagird dərhal xəstəxanaya çatdırılıb, qabaqlayıcı tədbirlər görülüb.

Həkimlərin ilkin rəyinə görə, uşaqda hansısa həşərat dişləməsinin əlamətləri var. Səhhəti üçün hər hansı təhlükə yoxdur./qafqazinfo

Xəbər xətti