Oğlunun cəsədini anaya vermirlər — Xoşqədəmə yenidən müraciət etdi

17:14 - 31 May 2019 - Xəbər

Bir müddət öncə öldürülnəsi barədə xəbər yayılan Mahmudov Sahib Əlisahib oğlunun cəsədi ailəsinə verilmir.

Bu barədə M.Sahibin anası Təbrizə xanım Xoşqədəm Hidayətqızının aparıcısı oıduğu "Səni axtarıram" verilişində danışıb: "Deyirlər ki, Sahib basdırıldığı yer ot olduğu üçün cəsədi çıxartmaq mümkün deyil. Mən anayam, dişimlə, dırnağımla oğlumun cəsədini oradan çıxardaram".

Qeyd edək ki, bir müddət öncə verilən rəsmi açıqlamada M.Sahibin öldürüldüyü, sonra cəsədinin üç yerə bölünərək Yardımlı, İmişli və Neftçala rayonlarında basdırıldığı qeyd edilirdi.Olke.az

Xəbər xətti