Cəlilabad rayonunda itkin düşən məktəbli tapılıb.
Dünən itkin düşən Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlunun ailəsindən bildirilib ki, o, artıq tapılıb.
Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb.
Onun 1 sutkadan artıq müddətdə harada olması hələlik dəqiqləşməyib./publika.az