"2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun qəbul olundu

14:24 - 31 May 2019 - Xəbər

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun birinci oxunuşda qəbul olunub.

Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.
Bundan başqa, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub./trend

Xəbər xətti