Azərbaycanın şimal bölgəsində kəpənəklərin sayı artıb. Bu hal son günlərdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında müşahidə olunan güclü küləklərdən sonra qeydə alınıb. Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov bildirib ki, kəpənəklərin sayının qəflətən çoxalmasına səbəb güclü küləkdir: "Onların cənub zonasından küləklə gəldiyi ehtimal edilir. Sahibkarlara və bağ sahiblərinə məsləhət görülür ki, zərərverici həşəratlara qarşı zəhərli preparatlardan istifadə olunsun. Çünki kəpənəklərin yumurta qoyma ehtimalı daha çoxdur. Kənd təsərrüfatında daha çox alma bağları, tərəvəz məhsulları ziyan görə bilər". ("Report")