Prezident baş naziri oteldən götürmək üçün “QAZ-21”lə gedib - FOTO

13:15 - 31 May 2019 - Xəbər

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov klassik avtomobili ilə Rusiya baş naziri Dmitri Medvedyevi oteldən götürmək üçün gedib. Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, Türkmənbaşı “Volqa QAZ-21” markalı avtomobilin sükanı arxasında olub, Medvedyev isə sərnişin kreslosunda əyləşib.

Onlar birlikdə Aşqabad ətrafı avtomobil turuna çıxıblar. Budan sonra Medvedyev və Berdiməhəmmədov prezident binasına gedərək səhər yeməyi yeyiblər.

Qeyd edək ki, baş nazir Türkmənistanın paytaxtına mayın 30-ü gəlib və bu gün Müstəqil Dövlətlər Birliyi hökumət başçıları Şurasının iclasında iştirak edəcək.

 

Namiq

Xəbər xətti