Müəllimlərin iş yerini dəyişməsi müsabiqəsinə sənəd qəbulunun vaxtı açıqlanıb

11:53 - 31 May 2019 - Xəbər

"Müəllimlərin iş yerini dəyişməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 3-də başlayacaq". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib. Onun sözlərinə görə, sənəd qəbulu iyunun 10-a kimi davam edəcək. Nazirlik rəsmisi qeyd edib ki, müsabiqə isə iyunun 24-nə qədər baş tutacaq: "İş yerini dəyişmək istəyən müəllimlərin test imtahanına gəlməsi və müsahibə prosesi olmur. Çünki müəllim hazırda işləyir və onu sorğu-sual etməyə ehtiyac yoxdur".

Xəbər xətti