Şəhid mayorun nəşi Qaxa gətirilib - Foto

11:32 - 31 May 2019 - Xəbər

Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

Şəhid mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq, doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.

Şəhidimiz saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək./qafqazinfo


Xəbər xətti