Bayram namazının vaxtı Açıqlandı

17:52 - 30 May 2019 - Xəbər

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

O, bildirib ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq:

“Eyni zamanda, hər il olduğu kimi bu il də bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx Allahşükür Paşazadənin iştirakı gözlənilir”.

Xəbər xətti