Şəhid hərbçimiz Qaxda DƏFN OLUNACAQ

16:03 - 30 May 2019 - Xəbər

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Qax rayonunda dəfn ediləcək.

"Report"un məlumatına görə,1983-cü il təvəllüdlü Aqşin Akif oğlu Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid olan hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Allah rəhmət eləsin!

Xəbər xətti