Şəkidə 57 yaşlı qadını ilan sancıb

19:20 - 30 May 2019 - HADİSƏ

Şəkidə 57 yaşlı qadını ilan sancıb.

Rayonun Aşağı Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Dilbər İbrahim qızı İbrahimova yaşadığı evin həyətyanı sahəsində işləyən zaman onun sağ ayağının topuq nahiyəsindən ilan sancıb. D. İbrahimova yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən D. İbrahimovaya lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Xəbər xətti