UEFA prezidenti: "Erməni mətbuatının yazdığı məni maraqlandırmır"

20:01 - 29 May 2019 - Xəbər

"Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib".

Bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib. Sloveniyalı funksioner daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb...
- Mən yalnız konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir? 
- Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır.

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bildi və artıq estafeti erməni diplomatlara ötürüb. Siz bu barədə nə deyə bilərsiniz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.
/report

Xəbər xətti