Bakıda ŞOK QƏZA: "Prado" aşdı, "Opel" çevrildi - VİDEO

14:07 - 29 May 2019 - HADİSƏ

Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb.

Ucnoqta.Az xəbər verir ki, yükdaşıma qaydalarını pozan "VAZ 2107" markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə  düzəldilmiş "baqaj" yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir.

“Prado”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsünü çaşdırır. “Opel” sürücüsü isə idarəetməni itirərək “Prado” ya çırpılır. Nəticədə “Prado” aşaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə fırlanaraq dəmir arakəsmələrə dəyib dayanır.

Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan "VAZ 2107"-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir. Avtosfer.az bu dəhşətli qəzanın görüntülərini təqdim edir:

Xəbər xətti