Təcili yadım maşını partladı: 3 aylıq körpə yanaraq ölüb - VİDEO

09:16 - 28 May 2019 - HADİSƏ

Türkiyədə təcili tibbi yadım maşınının içərisindəki oksigen balonun partlaması nəticəsində yanğın baş verib.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, insident TEM avtomagistralının Silivri rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, İstanbuldan Ədirnə istiqamətində hərəkətdə olan təcili tibbi yadım maşını oksigen balonunun partlaması ilə yanmağa başlayıb. Ambulansın 3 personalı yanan nəqliyyat vasitəsindən çıxaraq özlərini xilas ediblər. Lakin, təcili tibbi yardım maşınında qalan 3 aylıq “Rojin” adlı körpə isə yanaraq ölüb.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürən, səhiyyə və polis briqadaları gəlib. Yanğınsöndürənlər qısa müddət ərzində yanğını söndürüb.

Polis araşdırmalara başlayıb.

Namiq

 

Xəbər xətti