ABŞ Çinlə barışmaqdan imtina etdi

17:17 - 27 May 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Pekinlə ticarət müqaviləsi bağlamağa hazır olmadığını bildirib.

Lenta.ru-nun məlumatına görə, bunu Ağ Ev rəhbəri Yaponiyaya etdiyi səfər zamanı bildirib. “Onlar, yəqin ki, təkrar nəzərdən keçirməyi qərara almazdan əvvəl bizim irəli sürdüyümüz şərtlər əsasında müqavilə bağlamaq istərdilər. Onlar müqavilə bağlamaq istəyə bilərlər, ancaq biz onlara güzəştə getməyə hazır deyilik”, - deyə Tramp söyləyib.

Amerikalı lider rəsmi Pekinə təhdid ismarıcı göndərib. Trampın sözlərinə görə, ABŞ-da Çin məhsullarına tətbiq olunan idxal rüsumları “çox asan və əhəmiyyətli dərəcədə” artırıla bilər./Oxu.az

Xəbər xətti