Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı

Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aram Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırıb.

Bu barədə “Nezavisimaya qazeta” məlumat yayıb. Nəşrin yazdığına görə, patriarxın Livanın Antilyas kilsəsində verdiyi moizənin mətni Kilikiya patriarxının “Facebook” səhifəsində dərc olunub. Kilikiya katolikosu “Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi baxımından yolverilməz” olduğunu bildirib.

“Bütöv və birləşmiş Ermənistan ideyasının gerçəkəşdirilməsi Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”, - deyə katolikos söyləyib./Oxu.az

Tarix
27 May 2019 [15:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 15:06:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin