Arşavin Bakıdakı finalı şərh edəcək

14:50 - 27 May 2019 - Xəbər

Bakıda keçiriləcək Avropa Liqası finalını Rusiyanın “Matç TV” kanalında azarkeşlərə çatdıracaq şərhçilərdən birinin adına aydınlıq gəlib.

Bu rusiyalı keçiş futbolçu Andrey Arşavin olacaq. “Çelsi” və “Arsenal” arasındakı həlledici qarşılaşmanı “Matç TV” üçün tanınmış oyunçu şərh edəcək.

O, jurnalist Timur Juravellə mikrofon arxasında olacaq.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla 23:00-da başlayacaq.Qafqazinfo

Xəbər xətti