“Arsenal”ın Mxitaryanı satmasının SƏBƏBLƏRİ məlum olub

İngiltərənin “Arsenal” klubu yay fasiləsində futbolçusu Henrix Mxitaryanı satmaq istəyinin əsl səbəbi müəyyənləşib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu, Ermənistan yığmasının 30 yaşlı yarımmüdafiəçisinin müqavilə şərtlərinə əməl etməməsi ilə əlaqədardır. Mxitaryanın UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməkdən imtinasını futbolçunun özü və ailəsinin qərarı kimi təqdim edən London klubu sözdə onu dəstəkləsə də, reallıq başqadır.

Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun “Arsenal” üçün böyük önəm daşıyan matça gəlməkdən boyun qaçırıması klubda ciddi narazılığa səbəb olub. London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirib.

Düzdür, “Arsenal” rəsmiləri əsas heyətə düşməkdə çətinlik çəkən Mxityaryanın qərarına indiki məqamda düşərgədəki ab-havaya xələl gətirməməkdən ötrü hörmətlə yanaşdıqlarını bildiriblər. Lakin finalda sonra klub onun barəsində ölçü götürərək, sözləşməsinə əməl etməyən erməni oyunçunu transferə çıxaracaq.

Bundan başqa, yaxın günlərdə Mxitaryanın məsələsi ilə bağlı Londonda idman hüquqşünaslarının toplantısı planlaşdırılıb. İclasda Ermənistan yığmasının üzvünün peşəkar müqaviləsinə riayət etməməsi müzakirə olunacaq. Həmçinin İngiltərə klublarına siyasi qalmaqallarda iştirak edən futbolçuların transfer edilməməsi tövsiyə olunacaq.

“Arsenal” 2018-ci ilin yanvarında hücumçusu Aleksis Sançesi “Mançester Yunayted”də çıxış edən Mxitaryanla dəyişib. Erməni futbolçu ilə 2021-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Tarix
27 May 2019 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 14:14:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin