Şəmkirdə evə basqın edən maskalı şəxslər tutulub - VİDEO

Mayın 20-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir  rayonunun Aşağı Seyfəli kəndində yaşayan G. Qasımovanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı,  əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib.

​Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.

Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
27 May 2019 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 12:48:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin