Bakıda güclü külək fəsadlar törədib- 5 ağac aşıb- Foto

09:29 - 27 May 2019 - Xəbər

Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi, Binəqədi, Suraxanı, Yasamal və Sabuncu rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub.
Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da vurğulayıb.


Xəbər xətti