Husilərin PUA-ı Səudiyyə aeroportuna hücum edib

06:47 - 27 May 2019 - Xəbər

Yəmənin “Ənsar Allah” müqavimət hərəkatının tərəfdarları (Husilər) pilotsuz uçan aparat (PUA) vasitəsilə Səudiyə Ərəbistanının Cizan şəhər hava limanına hücum ediblər. Bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, hücumun hədəfi hərbi anqarlar olub. Son iki həftədə husilərin Səudiyyə Ərəbitanına PUA-lar vasitəsilə hücumları artıb. Bir qədər sonra Səudiyyə Ərəbistanından yayılan xəbərə görə, krallığın havadanmüdafiə qüvvələri yəmənli husilərə məxsus PUA-nı vurub. (ONA)

Xəbər xətti