Azərbaycanda iki dəmiryolu deposu tikilir

06:42 - 27 May 2019 - Xəbər

Azərbaycanda vaqonların saxlanılmasi üçün iki depo tikilir. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, dəmiryolu deposunun genişləndirilməsi üçün Fransanın İnkişaf Agentliyi ilə müqavilə mövcuddur: "Biləcəri və Gəncədə depo tikilir. Yəni, vaqonların alınması üçün beynəlxalq yollarda (Xarkov, Moskva, Tbilisi) 50-ə yaxın sərnişin qatarı, 4 min də yük vaqonu olsa dəmiryolunun vəziyyətini düzəltmiş olarıq".

C.Qurbanov, həmçinin əlavə edib ki, üç il ərzində Azərbaycan 875 km dəmiryolu dəyişdirilib. ("Report")

Xəbər xətti