Lüis Hemilton Monako Qran-prisinin qalibi olub

"Formula 1" üzrə Monako Qran-prisinə yekun vurulub. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. O, 78 dövrəlik mübarizənin yekununda finişə 1 saat 43 dəqiqə 28,437 saniyəyə çatıb. İkinci yeri "Ferrari" pilotu Sebastyan Fettel tutub. Üçüncü yer isə Hemiltonun komanda yoldaşı Valtteri Bottasa qismət olub. Əslində finişə ikinci yerdə "Red Bull" pilotu Maks Ferstappen çatıb. Amma o, yarışın gedişində pit-stopa təhlükəli girişi üzündən 5 saniyə cərimələnib. Bu səbəbdən, Ferstappen yekunda 4-cü olub. Qeyd edək ki, bu, britaniyalı 5 qat dünya çempionu Lüis Hemiltonun karyerasında 77-ci qələbəsi olub.

Tarix
27 May 2019 [06:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 06:36:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin