Zaqatalada evi ildırım vuraraq yandırıb

23:05 - 26 May 2019 - Xəbər

Zaqatala rayonunda yaşayış evini ildırım vurub. Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb. Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır. Report

Xəbər xətti