Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirilib

16:56 - 26 May 2019 - Xəbər

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şair xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, M.Yaquba ötən gün Xalq şairi fəxri adı verilib.

Xəbər xətti