Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. "Report" xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqəvaxt ayrılıb. Sabahdan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya Komissiyasına mayın 27-si, 29-u və 30-u saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Tarix
26 May 2019 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-26 15:24:16
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin