Bakıda mənzildən meyit tapılıb

10:21 - 26 May 2019 - HADİSƏ

Bakıda mənzildən kişi meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti