“Arsenal” Bakıya gəldi - Foto

21:00 - 25 May 2019 - İDMAN

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq “Arsenal” Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, londonluların təyyarəsi Bakı vaxtilə saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib. “Arsenal” paytaxtımızda “Fairmont” otelində məskunlaşacaq.

Qeyd edək ki, “Çelsi” - “Arsenal” oyunu mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Xəbər xətti