Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Dünyanın məşhur futbolçuları Bakıda - VİDEO

Dünyanın sabiq məşhur futbolçuları – ingiltərəli Maykl Ouen və italiyalı qapıçı Françesko Toldo Bakıdadır.

Oxu.Az xəbər verir ki, onlar bu gündən etibarən Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunmuş Azarkeş Festivalında iştirak edirlər.

Yeri gəlmişkən, bu festival UEFA Avropa Liqasının finalının keçiriləcəyi mayın 29-dək fəaliyyət göstərəcək.
İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız.

Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

Tarix
25 May 2019 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-25 18:15:51
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin