Sarkisyanla Koçaryan gizlincə görüşüblər

14:42 - 25 May 2019 - Xəbər

Ermənistanın sabiq prezidentləri Serj Sarkisyanla Robert Koçaryanın gizli şəkildə görüşdüklərinə dair xəbər yayılıb.

“Qaraparak” qəzeti yazır ki, son günlər keçmiş hakim partiyanın ofisində aktivlik müşahidə edilir.
“Partiyanın rəhbəri, eks-prezident Serj Sarkisyan gecə saatlarına qədər ofisində partiya üzvlərini qəbul edir. O, hətta bir neçə gün öncə Koçaryanın qəbulunda olub ”,- deyə məlumatda qeyd olunub./qafqazinfo

Xəbər xətti