ABŞ prezidenti Yaponiyada rəsmi səfərdədir

14:00 - 25 May 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, səfər mayın 28-dək davam edəcək. Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzunmüddətli səfəridir. D.Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.

ABŞ prezidentinin səfərinin təhlükəsizliyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir. 

Xəbər xətti