Bakıda faciəvi hadisə - Qadın doğuş zamanı öldü

11:18 - 25 May 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, dünən Pirallahı qəsəbəsində yerləşən 10 saylı Birləşmiş Şəhər xəstəxanasına 1985-ci il təvəllüdlü Əsgərova Samirə Yusif qızı gətirilib.

Qadının əməliyyat yolu ilə uşaq dünyaya gətirməsinə qərar verilib və o, saat 15-də əməliyyatxanaya aparılıb. Lakin 34 yaşlı qadın saat 17 radələrində doğuş zamanı qanitirmədən ölüb.

Bildirilir ki, doğuş zamanı asfiksiya (kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır -red.) ilə oğlan dünyaya gəlib. Hazırda körpənin vəziyyəti orta-ağırdır.

Xəbər xətti