Neftçalada orta yaşlı qadın özünü asıb

09:33 - 25 May 2019 - HADİSƏ

Ötən gecə Neftçala rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun 1989-cu il təvəllüdlü Xəzərkənd kənd sakini Sərhədova Turanə Gülhüseyn qızı həyətdəki yarımtikilidə özünü asaraq özünü öldürüb.

Hadisənin əsl səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti