Kürdəmirdə 78 yaşlı qadını it dişləyib

21:09 - 24 May 2019 - HADİSƏ

Kürdəmir rayonunda 78 yaşlı qadını it dişləyib.

Hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.  Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Səbirə Soltan qızı Dadaşovanı it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub./report

Xəbər xətti