Ağdamda kişi qadını bıçaqlayaraq öldürüb

20:39 - 24 May 2019 - HADİSƏ

Ağdam rayonunda kişi qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb

Hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.  Belə ki, rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Sadıq qızı Vəliyeva həmyerlisi Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev tərəfindən bıçaqla öldürülüb.

Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır./report

Xəbər xətti