Qubada qadını qəbiristanlıqda öldürənə cəza verildi - 19 İL

18:55 - 24 May 2019 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Migirov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb. Nəticədə, xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb./oxu.az

Xəbər xətti