Luiş Fiqu: "Bakı finalını qaçırmayın, mən də orda olacağam"

18:31 - 24 May 2019 - Xəbər

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə çağırış edib.

 AVRO-2020-nin səfirlərindən olan 46 yaşlı veteran yarımmüdafiəçi finalı izləmək üçün Azərbaycana gələcəyini söyləyib: “Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək./report

Xəbər xətti