Goranboyda qəza törədən sürücünün məhkəməsi başlayıb

17:26 - 24 May 2019 - Xəbər

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda 1 nəfərin ölümü, 3nəfərin yaralanmasına səbəb olan sürücü Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Elmin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Belə ki, “Suzuki” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb.

Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər xətti