Bakıda zəlzələ xəbərinə RƏSMİ MÜNASİBƏT

Seysmoloji Xidmət Mərkəzi Bakıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Report"un məlumatına görə, RSXM-nin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, 14:00-a qədər respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan qeydə alınmayıb: "Hər hansı ərazidə silkələnmə və ya titrəyişlər olubsa, bu, hansısa tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm.

Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonunda zəlzələ baş verdiyi ilə bağlı məlumatlar yayılıb.

Tarix
24 May 2019 [14:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-24 14:19:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin