Metroda təhlükəli anlar: Gənc oğlan qatar yoluna düşüb

12:41 - 24 May 2019 - HADİSƏ

Bakı metrosunda təhlükəli anlar yaşanıb.

Hadisə “Koroğlu” stansiyasında baş verib. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, gənc oğlan qatar yoluna düşüb. Buna səbəb isə kiminsə mobil telefonunun qəfildən relslərin üzərinə düşməsi olub:

“Bir nəfər gənc qatar stansiyaya daxil olan zaman relslərin üzərinə atılıb. Mənə verilən məlumata görə, onun qatar yoluna düşməsinin səbəbi telefon olub. Sərnişinlərdən birinin telefonu qatar yoluna düşüb.

Oğlan da onu götürmək üçün icazəsiz addım ataraq təhlükəli şərait yaradıb. Xoşbəxtlikdən heç bir problem yaranmayıb. Həmin gənc qaydaları pozduğu üçün polisə təhvil verilib”./oxu.az

Xəbər xətti