“Ferrari” 2071 avtomobili geri çağırır

16:01 - 23 May 2019 - AVTO

İtaliyan şirkəti “Ferrari” Çin bazarında 2071 avtomobili təhlükəsizlik hava yastığında yaranmış nasazlığa görə geri çağırır. Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, çağırış 2019-cu ilin iyunun 1-dən başlayacaq və Çinə idxal olunmuş, 2013-cü ilin aprelin 8-dən 28 noyabr 2017-ci ilə qədər istehsal edilmiş nəqliyyat vasitələrinə şamil ediləcək.

Məlumatda bildirilir ki, söhbət Yaponiyanın “Takata” şirkəti tərəfindən hazırlanan hava yastıqlarının olduğu avtomobillərdən gedir.

Şirkət texniki nasazlığı öz hesabına təmir edəcək və detalı yenisi ilə əvəzləyəcək.

 

Namiq

Xəbər xətti