Hitlerin müharibə zamanı istifadə etdiyi telefon 243 min dollara satılıb

Adolf Hitlerin İkinci dünya müharibəsi zamanı istifadə etdiyi telefon bir müddət öncə Amerikada hərracda 243 min dollara satılıb.

Alıcının kimliyi açıqlanmayıb.Merilend ştatının Cheasepeake şəhərində keçirilən hərracda telefonun başlanğıc qiyməti 100 min dollar olub. Hitlerin adı həkk olunan qırmızı telefon 1945-ci ildə onun Berlindəki yeraltı bunkerində aşkar edilib.

Sovet əsgərləri Almaniya təslim olduqdan sonra telefonu suvenir kimi Böyük Britaniya zabiti Ralph Raynerə təqdim ediblər. Hərrac təşkilatçılarının bəyanatına görə, bu telefon "kütləvi qırğın silahı" kimi istifadə olunub, çünki Hitler məhz bu telefonla milyonlarla insanın qətlinə gətirib çıxaran əmrlər verib.

Hərracda həmçinin Hitlerə məxsus farfar heykəl də satılıb. Bu heykəl digər iştirakçı tərəfindən 24 min 300 dollara satın alınıb.

Tarix
23 May 2019 [17:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 17:50:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin