Bu ölkə dünyada bal istehsalına görə 3-cü yeri tutur

07:46 - 23 May 2019 - Xəbər

İran bal istehsalına görə dünyada üçüncü yeri tutur.

Bunu İranın kənd təsərrüfatı nazirinin müavini Murtaza Rzayi Dünya Bal Arısı Günü münasibəti ilə keçirilən tədbirdə deyib. M.Rzayinin sözlərinə görə, ötən il İran 1079 ton bal ixrac edib.

Nazir müavini əlavə edib ki, ötən ildə arıçılıq sahəsinə 60 trilyon rial (təxminən 1,42 milyard dollar) investisiya qoyulub.

M.Rzayi deyib ki, ötən ildə 1460 ton mum, 123 ton güləm (bee pollen), 70 ton propolis, 3,4 ton arı südü istehsal olunub./trend

Xəbər xətti