Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Uşağının gözü qabağında arvadının başını kəsən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, F.Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini F.Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.
F.Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb./oxu.az

Tarix
21 May 2019 [19:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-21 19:43:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin